Yeddiqat dünya çempionu Lyuis Həmiltonun “Ferrari” forması ilə çəkilmiş ilk şəkli komandanın sponsorlarına 400 min dollar qazandırıb.
Bu fotoşəkildən ən çox mənfəttə götürən “Ferrari”nin baş sponsoru HP olub. Onların qazancı 62,1 min dollar təşkil edib. “Shell” şirkətinin qazancı 52,1 min dollar qiymətləndirilir.
Sosial şəbəkələrdə Həmiltonun paylaşımı 11 milyona yaxın bəyənmə toplayıb və bu da sosial şəbəkələr tarixində Formula 1 haqqında ən populyar paylaşım olub.
Xatırladaq ki, yanvarın 22-də britaniyalı sürücü Fiorano trassında məşqdə iştirak edib. Həmilton “Ferrari”nin sükanı arxasında 30 dövrə vurub.