“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandanın özbəkistanlı müdafiəçisi Abdukodir Xusanovla ünsiyyət qurmaq üçün özbəkcə öyrənməli ola biləcəyini deyib. Bu barədə ispan çalışdırıcı “Çelsi” ilə oyunsonrası mətbuat konfransında deyib.

Dünən “şəhərlilər” öz meydanında “Çelsi”ni 3:1 hesabı ilə məğlub ediblər. Mançesterlilərin heyətində yanvarın 20-də kluba keçmiş Xusanov debüt edib. Oyunun başlanğıcında qonaqlar müdafiəçinin öz komanda qapıçısına uğursuz ötürməsindən sonra hesabı açıblar.

“Öyrənəcək, cavandır və bundan dərs çıxaracaq. İngiliscə danışmır, ona görə də belə anlarda deyəcək sözüm yoxdur. Səhv etdiyini bilir, belə vəziyyətdə nə deyə bilərəm? Səhvlərə yol vermək istəmir, biz də bunu bilirik. Görünür, onunla ünsiyyət qurmaq üçün rusca və ya özbəkcə öyrənməli olacağam”, – baş məşqçi söyləyib.

O həmçinin Xusanovun ikinci hissənin əvvəlində əvəzlənməsinə də aydınlıq gətirib: “Sarı vərəqəsi var idi, ona görə əvəzlədim, səhvə görə yox”.

Shares: