Transfer çalışmalarını davam etdirən “Karvan” növbəti keçidi rəsmiləşdirib.

Bu barədə I Liqa klubunun mətbuat xidməti məlumat yayıb.

Gürcü əsilli azərbaycanlı futbolçu Nika Çaçaşvili ilə mövsümün sonunadək müqavilə imzalanıb. 20 yaşlı yarımmmüdafiəçi son olaraq İspaniyanın “Plasensia” klubunda çıxış edib. “Qəbələ“nin yetirməsi olan Niak bir neçə il “qırmızı-qaralar“ın akademiyasının komandalarında çıxış edib.

Shares: