İtaliyanın “Ferrari” komandası sosial media səhifəsində sürücülər Lyuis Həmilton və Şarl Leklerin qarşıdan gələn Formula 1 mövsümü üçün yeni kombinezonlarını təqdim edib.
Xatırladaq ki, ötən mövsüm Skuderiya Mühəndislər kubokunda ümumilikdə 652 xal toplayaraq ikinci olub.
Komandanın yeni sürücüsü Lyuisin 40 yaşı var. O, İtaliya komandasında bu il debüt edəcək. Buna qədər britaniyalı sürücü 11 il Almaniyanın “Mercedes” komandasında çıxış edib və onunla 6 dəfə Formula 1-in qalibi olub.