Milli Hokkey Liqası oyunçuları “Dörd Millət Turniri”ndə iştirakdan imtina etdiklərinə görə cəzalandırmayacaq.
Fevralın 12-dən 20-dək Monreal və Bostonda keçiriləcək turnir bu mövsüm MHL “Ulduzlar oyunu”nu əvəz edəcək. Burada Kanada, ABŞ, İsveç və Finlandiya komandaları iştirak edəcək. MHL-in nizamnaməsinə əsasən, “Ulduzlar oyunu”nda iştirakdan imtina edildikdə, hokkeyçilər müntəzəm mövsümün bir görüşündə cəzalı vəziyyətə düşürdülər.
Liqanın vitse-komissioneri Deylinin sözlərinə görə, bu qayda milli komandaların turnirinə şamil edilməyəcək. Beləliklə, liqa qarşıdan gələn turnirdə iştirakdan imtina etdikləri üçün oyunçuları cəzalandırmayacaq.
Xatırladaq ki, bir gün əvvəl “Vegas Golden Knights” klubu Kanada millisinin heyətində yer alan müdafiəçi Aleks Petranjelonun səhhətində yaranan problemlər səbəbindən turnirdə iştirak etməyəcəyini açıqlamışdı. Halbuki bu açıqlamadan bir neçə saat sonra kanadalı müdafiəçi öz klubunun heyətində meydançaya çıxıb.