ABŞ-ın Kolorado Universitetində keçirilən atletika turnirində bir tamaşaçı çəkic zərbəsindən sonra həlak olub. Dəhşətli hadisə bazar günü, yanvarın 26-da baş verib. Bu barədə “New York Post” məlumat yayıb.
Çəkicatanlardan biri uğursuz cəhd edib: yeddi kiloqramlıq mərmi sektordan kənara uçaraq bir adama dəyib. Vəfat edən şəxs yarışda iştirak edən idmançılardan birinin atası olub.
Kolorado polisinə istinad edən mənbənin sözlərinə görə, kişi yanında əyləşən həyat yoldaşı və oğlunu çəkicdən qorumağa çalışıb. Hadisə yerinə xilasedicilər cəlb olunsa da, ölüm dərhal baş verib.