“Qəbələ”nin futbolçusu Salman Ələsgərov əməliyyat olunub.

Futbolinfo.az xəbər verir ki, 23 yaşlı yarımmüdafiəçi 2-ci tip aksesuar navikulyar sümüyün ayrılması və tibialis posterior vətərinin ana navikulyar sümüyə tenodezi ilə bağlı cərrahi müdaxiləyə məruz qalıb.

Ələsgərovun “Liv Bona Dea Hospital”da gerçəkləşən əməliyyatı uğurlu keçib. Futbolçunun ayağı 1 ay gipsdə qalacaq. Ardınca 3 aya qədər gücləndirmə məşqləri keçəcək Salman bundan sonra meydanda hazırlığa start verəcək.

Ələsgərov cari mövsümdə 1-ci Liqada keçirdiyi 5 oyunda 1 qol vurub.

Shares: