“Qarabağ”ın sabiq futbolçusu Kvabena Ovusu növbəti dəfə komandasını dəyişib.

Futbolinfo.az xəbər verir ki, qanalı hücumçu karyerasını yenidən Türkiyədə davam etdirəcək.

2023-cü ilin yanvarında “Ferensvaroş”a keçən Ovusu hazırda Macarıstanın digər klubu “Zalaegerseq”də icarə əsasında oynayır. 27 yaşlı forvard sabiq komandası “Ankaragücü” ilə anlaşıb. Onunla danışıqlar müsbət yekunlaşıb və yalnız keçidin rəsmiləşməsi qalıb.

Qeyd edək ki, Kvabena Ovusu 2020-2023-cü illərdə “Qarabağ”ın şərəfini qoruyub. Azərbaycan çempionu onu 2021-ci ilin yayında “Ankaragücü”nə birillik icarəyə vermişdi. Hazırda Ankara klubunda millimizin hücumçusu Renat Dadaşov da çıxış edir. İndi o, Ovusu ilə rəqabət aparmalı olacaq.

renat dadaso - Futbolinfo.az
Shares: