Qadınlardan ibarət Azərbaycan millisinin daha bir futbolçusu komandasını dəyişib.
Futbolinfo.az xəbər verir ki, Ayşən Əhmədova Türkiyənin “Ünye” klubu ilə anlaşıb.
24 yaşlı mərkəz müdafiəçisi yeni komandası ilə mövsümün sonuna qədər müqavilə imzalayıb. O, daha əvvəl Türkiyədə “Çaykur Rizəspor”, “Ankara Büyükşehir Belediyesi FOMGET” ve “ALG Spor” komandalarında çıxış edib. Əhmədova Rusiya və Yunanıstanda da legioner həyatı yaşayıb.
Qeyd edək ki, Ayşən Əhmədova 2020-ci ildən Azərbaycan millisinin formasını geyinir.