Çempionlar Liqasında Liqa mərhələsinin 8-ci turunun ən yaxşı futbolçusu adına namizədlər müəyyənləşib. Bunlar PSJ-dən Usman Dembele, “Atletiko”dan Antuan Qrizmann, “Aston Villa”dan Morqan Rocers və “İnter”dən Lautaro Martinesdir.
Dembele “Ştutqart”la, Rocers “Seltik”lə, Martines “Monako” ilə matçda het-trik edib. Qrizmann isə “Zalsburq”un qapısına 2 qol vurub.
Qalib UEFA-nın saytında azarkeşlərin səsverməsi nəticəsində məlum olacaq.
