Dördqat dünya çempionu, niderlandlı Maks Ferstappen qarşıdan gələn mövsüm üçün yeni dəbilqəsini nümayiş etdirib.

“Bu dizayn dörd yaşında yarışmağa başladığım vaxt taxdığım dəbilqəyə çox bənzəyir. Həmin dəbilqə atamın dizaynına əsaslanırdı və mən bununla fəxr edirəm. İşə başlayanda atamın dizaynları mənim üçün çox vacib idi.

Kiçik detallardan biri də Niderland bayrağını simvolizə edən qırmızı və mavi xətlərdir. Bacardığım qədər dəbilqənin sadə olmasına çalışırdım. Üstündə aslan şəkli də var. Deyə bilərəm ki, bu bizim ailəvi dizaynımızdır”, – deyə “Red Bull” pilotu rəsmi saytına açıqlama verib.

Shares: