Formula 1 üzrə dünya çempionatında çıxış edən “McLaren” komandası Silverstounda keçirilən çəkiliş günü çərçivəsində yeni “MCL39 avtomobilinin ilk fotolarını dərc edib. MCL39 müvəqqəti livreya ilə təqdim olunur, çünki yeni mövsüm üçün bütün rəsmi dizaynlar fevralın 18-də Londonda keçiriləcək ümumi təqdimat zamanı açıqlanmalıdır.
Ötən mövsüm “McLaren” 1998-ci ildən bəri ilk dəfə Mühəndislər kubokunda qalib gəlib. Komandanın pilotu britaniyalı Lando Norris vitse-çempion olub, onun yoldaşı avstraliyalı Oskar Piastri isə dördüncü yeri tutub.