Ağdamda UGİŞM-nin şahmatçıları arasında rayon turniri keçirilib. Yarış Qarabağ Regional Gənclər və İdman İdarəsinin Ağdam rayonu üzrə gənclər və idman sektorunun, Ağdam UGİŞM və Ağdam OİK-nin birgə təşkilatçılığı ilə reallaşıb.

Ağdam Olimpiya İdman Kompleksində keçirilən turnirdə ümumilikdə 32 şahmatçı mübarizə aparıb.

Qaliblər Qarabağ Regional Gənclər və İdman İdarəsinin diplomları ilə təltif olundular.

Shares: