Milli Basketbol Assosasiyasının müntəzəm çempionatı 5 oyunla davam edib.

“Hyuston Rokets” komandası ardıcıl iki qələbədən sonra evdə məğlub olub – 98:105. Məğlubiyyətin eyni konfrans komandasından – “Qolden Steyt Vorriors”dan olmasının bir qədər də komandaya təsiri böyükdür. Alperen Şengün yenə də dabl-dablla yadda qalıb. Qonaq komandanın lideri Stiv Karri 27 xal toplayıb. Hazırda Hyuston komandası Qərb konfransında 4-cü , “Qolden Steyt Vorriors” isə 10-cu pillədədir. Qeyd edək ki, “Vorriors” son 4 oyunun 3-də qələbə qazanıb.

Digər oyunların nəticələri belədir:

Nyu-Orleans Pelikans – Sakramento Kinqs 140:133 OT

Dallas Maveriks – Mayami Hit 118:113

Minnesota Timbervolves – Oklahoma Siti Tander 116:101

Yuta Caz – Los Anceles Klippers 116:120 OT

Shares: