İdman biznesi üzrə ixtisaslaşmış Amerikanın nüfuzlu “Sportico” nəşri 2024-cü il üçün ən çox qazanan 100 idmançının siyahısını dərc edib. Onların arasında iki Formula 1 pilotu da var.

Avstriyanın “Red Bull” komandasının sürücüsü Maks Ferstappen son ildə 76 milyon dollar qazancla 18-ci yeri tutub. İtaliyanın “Ferrari” komandasının britaniyalı pilotu Lyuis Həmilton 60,1 milyon dollar qazancla 22-ci yerdədir.

Xatırladaq ki, Ferstappenin 27 yaşı var. 2024-cü il mövsümündə niderlandlı sürücü ardıcıl dördüncü dəfə Formula 1 çempionu olub.

Shares: