“Dörd Millət Turniri”ndə ikinci oyun baş tutub. ABŞ millisi Finlandiyanı 6:1 hesabı ilə darmadağın edib.

Qalib komandada qolları Bredi Tkaçuk (2 qol), Mett Boldi, Metyu Tkaçuk (2 qol) və Ceyk Quentzel vurub. Finlandiya millisinin heyətində Henri Jokiharju fərqlənib.

Maraqlıdır ki, oyundan əvvəl ABŞ himni arenada fitə basılıb.

Turnir ərzində dairəvi sistemlə ümumilikdə 7 görüş keçiriləcək. Qrup oyunlarının nəticələrinə əsasən ən yaxşı iki komanda finalda qarşılaşacaq. Turnirdə 4 komanda iştirak edir: Kanada, İsveç, Finlandiya və ABŞ.

Yarışın ilk oyununda kanadalılar əlavə vaxtda isveçlilərə 4:3 hesabı ilə qalib gəliblər.

Shares: