“Barselona”nın cinah futbolçusu Lamin Yamal “Bavariya”nın yarımmüdafiəçisi Camal Musialanı komandalarında görmək istədiyini bildirib.
“Barsa” üçün imzalayacağım bir oyunçu seçəsi olsam, Neymarın adını çəkməyimi gözləyirsiniz, amma Musiala deyəcəyəm… Təəssüf ki, onun komandası ilə müqaviləsi var”, – deyə gınc istedad “Barca Times”a müsahibəsində qeyd edib.
Bu mövsüm Lamin 32 matçda meydana çıxıb, 11 qol vurub, 15 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına kimi nəzərdə tutulub. “Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 180 milyon avrodur.