Goranboyda ümumtəhsil məktəblərindən seçilən şagirdlər arasında velosiped idmanı üzrə rayon turniri keçirildi.
Birincilikdə 30 velosipedçi mübarizə aparıb. Sonda yarışın yekun nəticəsinə əsasən qaliblərin adına aydınlıq gəlib.
I – Goranboy şəhər 3 saylı tam orta məktəbin şagirdi Əliyev Nihad
II – Goranboy şəhər 1 saylı tam orta məktəbin şagirdi Bağırov Anar
III – Goranboy şəhər 1 saylı tam orta məktəbin şagirdi – Verdiyev Rafail
Qaliblər diplom və medallarla təltif olunublar.
BƏHRUZ MUSAYEV
