Azərbaycan millisinin futbolçusu Renat Dadaşov Türkiyənin “Ankaragücü” klubu ilə müqaviləsini ləğv edib. Bu barədə yerli mətbuat yazıb.
25 yaşlı hücumçu yanvarın sonunda paytaxt klubunun əsas komandasından kənarlaşdırılmışdı. Paytaxt klubunun rəhbərliyi onu satmaq niyyətində idi. Lakin müştəri tapılmadığından, anlaşmaya qarşlıqlı razılıqla son verilib.
Qeyd edək ki, Dadaşovun müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulmuşdu. Tezliklə onun yeni klubu bəlli olmalıdır. Renatın Azərbaycana qayıtmaq variantları da var.