Bu gün kişi basketbolçulardan ibarət Azərbaycan yığma komandası 2027-ci il dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.

Millimiz sondan əvvəlki turda Kosovo ilə qarşılaşacaq. Oyun Bakı vaxtilə saat 22:30-da başlayacaq və İdman TV vasitəsilə canlı yayımlanacaq.

Xatırladaq ki, millimiz hazırda qrupda 3-cü pillədə qərarlaşıb. Həm millimizin, həm də Kosovonun 5 xalı var. Lider isə 8 xalla İsveçrədir. 2-ci yerdə qərarlaşan İrlandiyanın 6 xalı var.

Komandamız bazar günü Bakıda son turda İrlandiya yığmasını qəbul edəcək. Bakı İdman Sarayındakı oyun fevralın 23-də saat 17:00-da başlayacaq.

Milli komandamızın bu oyunlar üçün heyəti belədir: Amil Həmzəyev, Kamran Məmmədov, Endar Poladxanlı, Şirzad Şirzadov, Elşad Şirzadov, Cəbrayıl Əkbərov, Əkbər Məmmədov , Ulaş Turqut, Sadettin Donat, Ercan Donat, Orxan Aydın, Donta Hall.

Shares: