Misli Premyer Liqasının 23-cü turunda “Şamaxı” ilə 1:1 bitən matçda zədələnən “Kəpəz”in futbolçusu İlkin Qırtımovun durumuna aydınlıq gəlib.
Futbolinfo.az xəbər verir ki, təcrübəli müdafiəçinin zədəsi ciddi deyil. Matçı yarıda tərk edən oyunçu növbəti turda meydana çıxmağa hazırdır. Baş məşqçi şans versə, Qırtımov meydanda olacaq.
Qeyd edək ki, “Kəpəz” Misli Premyer Liqasının 24-cü turunda “Zirə”nin qonağı olacaq.