“Şamaxı” ilə oyun çox vacib idi. Həm rəqib qalib gəlmək istəyirdi, həm biz qələbə qazanmağa çalışırdıq”. Bunu futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in müdafiəçisi İlkin Qırtımov deyib.
Təcrübəli oyunçu Misli Premyer Liqasının 23-cü turunda “Şamaxı” ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan danışıb: “İlk hissədə fərqlənə bilsəydik, bizim üçün daha yaxşı ola bilərdi. Amma olmadı”.
Qırtımov komandanın qış fasiləsindən sonrakı inamlı çıxışına toxunub: “Fikrimcə, biz fasilədən sonra daha məsuliyyətli olmağa başladıq. Həm də oyunçular bir-birinə daha da uyğunlaşdı. İnşallah ki, belə davam edib elitada qalmaq istəyirik”.
Müdafiəçi zədəsini sağaltdığını, yavaş-yavaş formaya düşməyə çalışdığını deyib: “Zədəm sağalıb. Formaya düşməyə çalışıram. Bacardığım qədər komandanın yanında olmaq, oyunlarda əlimdən gələni etmək istəyirəm”.
Təcrübəli oyunçu növbəti turda üz-üzə gələcəkləri “Zirə” ilə matçdan da söz açıb: “Zirə” ilə oyun çox çətin keçəcək. Çünki onlar da formada olan komandadır. Yaxşı oyunçuları var. Tam məsuliyyətlə xal qazanmaq üçün meydana çıxmalıyıq”.
Futbolçu Azərbaycan Kubokunun ¼ finalında “Neftçi” ilə keçirəcəkləri oyun haqqında isə bunları deyib: “İlk oyunda uduzmuşuq. Cavab matçında da bizi ağır qarşılaşma gözləyir. Mərhələ keçmək üçün əlimizdən gələni edəcəyik”.
FƏRİD