Almaniyanın “Nürnberq” klubunun baş məşqçisi Miroslav Kloze Azərbaycan millisinin hücumçusu Mahir Emreli barədə fikirlərini bildirib.

Futbolinfo.az xəbər verir ki, almaniyalı mütəxəssis 27 yaşlı forvarda yaşıl işıq yandırıb.

Kloze deyib ki, yenidən yaşıl meydanlara çıxıb-çıxmayacağı futbolçunun özündən asılı olacaq: “Onunla danışdım, məşq ilə bağlı heç bir iradım yoxdur. Mahirə dedim ki, digərləri kimi özünü sübut edə bilər. Amma bunu hiss etməliyəm”.

“Nürnberq”in idman direktoru Yoti Çatzalexiou da həmyerlimizlə bağlı son duruma aydınlıq gətirib: “Hələlik hər şey sakitdir. Mahir hələ də bizim futbolçumuzdur və komandada məşq edir. Hər həftəsonu baş məşqçi digər futbolçular kimi, onun da oynayıb-oynamayacağına qərar verməlidir”.

Qeyd edək ki, Mahir Emreli Cənubi Koreya klublarının maraq dairəsindədir.

Shares: