Beynəlxalq Olimpiya Komitəsi qış idman növləri üzrə beynəlxalq federasiyaları Rusiya idmançılarının 2026-cı il Olimpiya Oyunlarının seçmə yarışlarına buraxılması prosesinə başlamağa çağırıb.
İddialara görə, BOK 2024-cü ildə Parisdə keçirilən Yay Olimpiya Oyunlarında 15 rusiyalının neytral statusda iştirakını müsbət qiymətləndirib.
Nəşrin məlumatına görə, BOK artıq bu mövqeyi Beynəlxalq Biatlon İttifaqının (IBU) və Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) rəhbərliyinə açıq şəkildə bəyan edib.