“Oyun istədiyimiz kimi keçmədi. Səhvlərimiz də oldu, amma qol vurmağı bacardıq”. Bunu futbolinfo.az saytına açıqlamasında “Turan Tovuz”un yarımmüdafiəçisi Veysəl Rzayev deyib.

O, Misli Premyer Liqasının 24-cü turunda “Şamaxı”ya 1:0 hesabı ilə qalib gəldikləri matçdan danışıb: “Komanda yoldaşlarımı xarakter göstərdikləri üçün təbrik edirəm. Sona qədər hesabı qoruyub saxlaya bildik. Çox vacib qalibiyyət idi. Hər oyun əlimizdən gələni etməyə çalışırıq. Qələbə qazandıqca motivasiya istər-istəməz daha yaxşı olur. Növbəti matçlara da hazırlaşmaq üçün əhval-ruhiyyə yüksəlir”.

Rzayev Şamaxıda qarlı hava olmasından da söz açıb: “Rəqibdən fərqli olaraq biz bu cür hava şəraitinə öyrəşməmişik. Çətin oyun keçdi. Qarlı, soyuq hava təsir etdi. Amma yendə əlimizdən gələni edib qələbə qazandığımız üçün şadam”.

Yarımmüdafiəçi qarşıdakı turda “Zirə”yə qarşı keçirəcəkləri oyundan da danışıb: “Zirə” ilə matç çox önəmlidir. Bunun fərqindəyik. Çalışacağıq ki, bu matçdan maksimum nəticə ilə ayrılaq”.

Shares: