Erik ten Haq mövsümün sonuna kimi heç bir yerdə işləməyəcək. “Mançester Yunayted”dən ayrıldıqdan sonra işsiz qalan niderlandlı qərarını verib.

Futbolinfo.az xənər verir ki, ten Haq bəzi təkliflər aldığını deyib: “Amma hamısını rədd etdim. Mövsümün gedişində harasa təyinat almaq istəmirəm. Yayda dəvətlərə baxacam”.

Təcrübəli mütəxəssis Mançesterdə uğursuz olsa da, keçirdiyi zamndan məmnun qalıb: “Məni ən çox azarkeşlər heyran etdi. Nəticələrdən asılı olmayaraq, hər zaman komandanın yanındadırlar. “Old Trafford” hətta boşolanda da heyranedici idi”.

Shares: