“Komo”nun baş məşqçisi Sesk Fabreqas “Mançester Siti” və “Barselona”nın maraq dairəsinə düşüb. Bu barədə “Il Messaggero” məlumat yayıb.
Mənbənin məlumatına görə, “City Group” Xosep Qvardiolanın ayrılacağı halında, “Arsenal”ın və “Çelsi”nin keçmiş yarımmüdafiəçisinin namizədliyini nəzərdən keçirir. İngiltərə klubundan başqa “Barselona”nın da adı izləyənlər arasında çəkilir. Simone İnzaqi və Serxio Konseysaonun gedəcəyi halında “İnter” və “Milan” da Fabreqas variantı üzərində düşünməyə israrlıdır.
37 yaşlı ispaniyalı məşqçilik karyerasına 2023-cü ildə başlayıb. Mütəxəssis “Komo” gənclər komandasına rəhbərlik edib. 2024-cü ildən Fabreqas İtaliya klubuna rəhbərlik edir.