“Milan” Kriştian Pulişiçlə yeni müqavilə bağlayacaq. İtaliya klubu yarımmüdafiəçi ilə ilkin razılıq əldə edib.

Futbolinfo.az xəbər verir ki, “rossonyerlər”in 2023-cü iln yayında “Çelsi”dən 20 milyon avroya aldığı oyunçu ümidləri doğruldur. ABŞ yığmasının 26 yaşlı üzvü əksə matçlarda komandasının ən yaxşılarından olub. Bu səbəbdən xorvat əsilli Pulişiçlə müqaviləsinin müddətini uzatmaq təklif olunub.

Yeni şərtlərə görə Kristian 2027-ci ilin yayında başa çatacaq müqaviləsini daha bir il uzadacaq. Anlaşmada müddəti 2029-cu ilədək uzatmağa imkan verən bənd olacaq. İndiyədək 4 milyon avro maaş alan Pulişiçin qazancı da illik 5 milyona çatacaq.

Shares: