Bu gün Azərbaycan Basketbol Liqasının XV turu çərçivəsində daha iki oyun keçiriləcək. Hər iki qarşılaşma B qrupunda baş tutacaq.

“Ordu” “Sərhədçi” İdman Mərkəzində “Quba” ilə üz-üzə gələcək. Digər matç Sumqayıt Olimpiya İdman Kompleksində keçiriləcək. “Sumqayıt” doğma meydanda “Gəncə” ilə qarşılaşacaq.

24 xala malik “Gəncə” qrup lideridirsə, “Ordu” ikinci pillədə qərarlaşıb. “Sumqayıt” 19 xalla 4-cü, 18 xala malik “Quba” isə 5-cidir.

Hər iki görüş saat 19:00-da başlayacaq.

Qeyd edək ki, turun ötən gün baş tutan “Neftçi” – “Abşeron” matçı birincilərin 80:56 hesablı qələbəsi ilə yekunlaşıb.

Shares: