Qadın voleybolçular arasında Azərbaycan Yüksək Liqasında XIII tura start veriləcək. Bütün oyunlar bu gün keçiriləcək.

Saat 16:00-da “Milli Aviasiya Akademiyası” “Abşeron”la üz-üzə gələcək. 17:00-da UNEC “Azərreyl”i qəbul edəcəksə, tura saat 18:00-da başlayacaq “Murov Az Terminal” – “Gəncə” görüşü ilə yekun vurulacaq.

Birinci və üçüncü matç Gənclər İdman Nazirliyinin Voleybol Mərkəzində, ikinci oyun isə UNEC Voleybol Klubunun idman zalında gerçəkləşəcək.

12 turdan sonra “Abşeron” 32 xalla liderdir. “Milli Aviasiya Akademiyası” 27 xalla ikinci, “Azərreyl” 18 xalla üçüncü pillədə qərarlaşıb. “Gəncə” 17 xalla dördüncü, “Murov Az Terminal” 14 xalla beşincidir. Sonuncu – altıncı yerdəki UNEC-in xalı yoxdur.

Shares: