Azərbaycan çempionatında daha bir oyun təxirə salınıb. Bu məlumatı PFL-in mətbuat xidməti açıqlayıb.
I Liqanın “Mingəçevir” – “Difai” oyunu hava şəraiti ilə əlaqədar təxirə salınıb.
Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda keçirilməli olan qarşılaşma saat 14:00-a planlaşdırılmışdı. Matçın yeni vaxtı hələ dəqiqləşməyib.
Qeyd edək ki, turun bu gün keçiriləcək digər matçında “Baku Sportinq”lə “Cəbrayıl” üz-üzə gələcək.