“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola komandaya yeni gələn Abdukodir Husanovun çıxışını dəyərləndirib.

“Çox şadam ki, Husanov artıq paltardəyişmə otağında inanılmaz dərəcədə sevilir! O, futbol oynamağa gəlib və onunla danışanda  sadəcə gülür, hər zaman! Buna baxmayaraq, etibarlı oyunçudur… çox sürətlidir, ötürmə keyfiyyəti qeyri-adidir. Təbii ki, bütün bunların  təkmilləşməsi lazımdır, amma unutmamalıyıq ki, cəmi 20 yaşı var, hələ gəncdir. Komandada hər kəs onu sevir. Çünki o susur, işləyir, şikayət etmir. Çox təvazökardır, bizim azarkeşlərimizin də onu sevəcəyinə əminəm”, – deyə Qvardiola bildirib.

20 yaşlı özbək müdafiəçi yanvarın 20-də 40 milyon avroya “Lans”dan “Mançester Siti”yə keçib. O, İngiltərə klubunun heyətində 6 oyun keçirib və 1 qol vurub.

Shares: