Madrid “Real”nın yarımmüdafiəçisi Cud Bellingem komandasının”Jirona” ilə oyununda (2:0) “Santyaqo Bernabeu”nun tribunasında 27 yaşlı kaliforniyalı bloger və model Eşlin Kastro ilə görüntülənib.
“Fadeaway World”i verdiyi xəbərə görə, Eşlin əvvəllər Milli Basketbol Assosiasiyasının üç ulduzu – Lamelo Bol (“Şarlott Hornets”) və Cordan Poul (Vaşinqton Vizards) ilə münasibətlərdə olub. Amma ictimaiyyətin diqqətini ən çox çəkən onun “Atlanta Houks”un oyunçusu Terens Mann ilə münasibətləri olub. Məqalədə deyilir ki, onlar 2024-cü ildə ayrılıblar və qısa müddət sonra qızın Bellingemlə görüşməsi ilə bağlı şayiələr yayılmağa başlayıb.
Kastro məşhur musiqi kliplərində, o cümlədən “Drake” və Castin Biberin, eləcə də “Orange Soda”nın “Baby Keem” mahnısında çıxış etməsi sayəsində populyarlıq qazanıb.
