Bəhreyndə Formula 1 komandalarının mövsümöncəsi testləri davam edir. Səhər sessiyası qırmızı bayraqlarla yarımçıq dayandırılıb. Buna səbəb trasda elektrik təminatının kəsilməsi olub.

“Mercedes” komandasının pilotu Andrea Kimi Antonelli Bəhreyndə keçirilən Formula 1 testlərinin ilk gününün səhər sessiyasında ən yaxşı nəticə göstərib. İkinci yerdə “Red Bull”un yeni üzvü Liam Louson qərarlaşıb. İlk üçlüyü “Williams”ı təmsil edən Aleksandr Albon tamamlayıb. “Ferrari”nin ulduzu Lyuis Həmilton beşinci olub.

Bəhreyndə Formula 1-in mövsümöncəsi sınaqları. Səhər sessiyası:

1. Andrea Kimi Antonelli (Mercedes) – 1:31.428 (78 dövrə);

2. Liam Louson (Red Bull) +0,132 (58);

3. Aleksander Albon (Williams) +0,145 (63);

4. Yuki Tsunoda (Racing Bulls) +0,182 (78);

5. Lyuis Həmilton (Ferrari) +0,406 (70);

6. Cek Dueyn (Alpin) +0,413 (68);

7. Fernando Alonso (Aston Martin) +0,446 (46);

8. Oskar Piastri (McLaren) +0,656 (66);

9. Niko Hülkenberq (Kick-Sauber) +0,741 (55);

10. Oliver Berman (Haas) +4,094 (72).

Shares: