Kürdəmirdə yeniyetmələr və gənclər arasında şahmat üzrə rayon turniri keçirilib. Rayon Uşaq-Gənclər İdman-Şahmat Məktəbində reallaşan yarışı rayon gənclər və idman sektoru və Kürdəmir Uşaq-Gənclər İdman-Şahmat Məktəbi təşkil edib.
Turnirin keçirilməsinin əsas məqsədi yeniyetmə və gənclər arasında bu idman növünü təbliğ etmək, onlarda şahmata marağın artırılması, asudə vaxtının səmərəli təşkilidir.
Yarışın qalibləri Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin təsis etdiyi diplom və medallarla təltif olunublar.
BƏHRUZ MUSAYEV