Əlverişsiz hava səbəbindən bu gün təxirə salınan “Mingəçevir” – “Difai” qarşılaşmasının yeni tarixi müəyyənləşib. Bu barədə PFL məlumat yayıb.

Peşəkar Futbol Liqasının qərarına əsasən matç sabah reallaşacaq. Oyunun Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunun ehtiyat meydançasında keçirilməsi nəzərdə tutulub.

Qarşılaşma saat 14:00-da başlanacaq.

Shares: