“Böyük Dəbilqə” turnirlərinin üçqat qalibi, dünyanın birinci raketkası, belaruslu tennisçi Arina Sabalenka və kişilərdə dünyanın üçüncü raketkası, ispaniyalı Karlos Alkaras nüfuzlu “Laureus” mükafatına namizəd olublar.

Sabalenka qadınlar arasında gimnast Simona Bayls (ABŞ), futbolçu Aitana Bonmati (İspaniya) və atletlər Sifan Hassan (Niderland) və Fait Kipyeqon (Keniya) ilə “İlin idmançısı” kateqoriyasında qələbə uğrunda mübarizə aparacaq.

Alkarasın rəqibləri şüvüllə tullanma üzrə olimpia çempionu Armand Düplantis (İsveç), üzgüçü Leon Marşand (Fransa), Tadej Poqaçar (velosiped) və Maks Ferstappen (Formula 1) olub.

Mükafatların təqdimetmə mərasimi martın 21-də İspaniyanın paytaxtı Madriddə  baş tutacaq.

Shares: