Türkiyəli futbol mütəxəssisi Fatih Terimin baş məşqçilik etdiyi “Əl-Şəbab”da böyük böhran yaranıb.
Futbolinfo.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanı mətbuatı məlumat yayıb.
3 aydır maaşlarını ala bilməyən futbolçular klub rəhbərliyinə sərt reaksiya göstəriblər. Onlar məşqə çıxmaqdan imtina ediblər. Eyni zamanda “Əl-Şabab”ın prezidenti Məhəmməd Əl-Münayemin idarəçiliyindən narazı olan bəzi klub rəsmiləri vəzifələrindən istefa veriblər.
“Əl-Şəbab” hazırda ölkə çempionatında 39 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Terim ötən ilin dekabr ayından bu komandaya rəhbərlik edir.