İngiltərə Premyer Liqasında ardıcıl xallar itrən “Arsenal” Çempionlar Liqasında daha yaxşı çıxış edir. Dünən 1/8 finalın ilk oyununda PSV-ni məğlub edən (7:1) londonlular ardıcıl 5-ci qələbəni qazandı.

Futbolinfo.az xəbər verir ki, “topçular” sonuncu dəfə belə nəticəyə 19 il öncə nail olmuşdu. Maraqlıdır ki, o zaman “Arsenal” ÇL-in finalınadək irəliləmişdi.

Mikel Artetanın yetirmələri klubun da tarixinə düşüb. Belə ki, “Arsenal” ilk dəfə rəqib meydanında 7 qol vurub. Düzdür, londonluların 8 top vurduğu matç da var, lakin həmin matç neytral meydanda baş tutmuşdu.

Dünənki nəticə PSV-nin də tarixinə düşdü. Niderland klubu ilk dəfə hansısa turnirdə evdə 7 top buraxdı.

Shares: