“L’Equipe” nəşrinin yazdığına görə, artıq dördüncü ildir ki, Formula 1-in gəlirləri durmadan artır. 2024-cü ildə dünya çempionatının sahibi olan “Liberty Media”nın gəlirləri 3,65 milyard dollara yüksəlib.

Eyni zamanda, iqtisadi əməliyyatlardan mənfəət 492 milyon dollara yüksəlib ki, bu da 2023-cü illə müqayisədə 100 milyon dollar çoxdur. Gəlirlərin 32,8%-i televiziya hüquqlarının satışından, 29,3%-i Qran-Prinin promouterlərindən gələn üzvlük haqlarından, 18,6%-i isə sponsorlardan əldə edilib.

Bundan əlavə, yarışların tamaşaçılarının sayı da artıb. 2024-cü ildə bir Qran-Priyə orta hesabla 66 milyon insan baxıb və ümumi tamaşaçı auditoriyası 1,6 milyarda çatıb.

Shares: