Kanadanın Edmonton şəhərində əfsanəvi hokkeyçi Ueyn Qretskinin şərəfinə adlandırılmış küçənin adının dəyişdirilməsi tələbi ilə onlayn petisiya yaradılıb. Müraciətdə deyilir ki, kanadalılar onun ABŞ prezidenti Donald Trampı dəstəklədiyinə görə özlərini xəyanət edilmiş hiss edirlər.

Xatırladaq ki, Qretski yanvar ayında Trampın ABŞ prezidenti kimi inauqurasiya mərasimində iştirak etmiş və uzun müddət Trampın şüarı olan “Amerikanı yenidən möhtəşəm et” yazısı olan papaq taxaraq şəkil çəkdirmişdi.

Petisiya artıq 11 mindən çox insan tərəfindən imzalanıb.

Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp bəyanatlarının birində Kanadanın ölkənin 51-ci ştatı olmasını təklif etmişdi.

Shares: