Bu həftə Amerika Birləşmiş Ştatlarında ilin ilk “Masters” turniri keçiriləcək. Cəzalı olduğuna görə italyan tennisçi Yannik Sinner İndian-Velsdəki turniri buraxacaq.

Qeyd edək ki, 1990-cı ildən bəri dördüncü dəfədir ki, dünya reytinqinin 1 nömrəsi turnirdə iştirak etməyəcək. Bu müddət ərzində İvan Lendl və 2 dəfə də Novak Cokoviç turniri buraxmışdılar. Lendl 1990-cı, Cokoviç isə 2021 və 2023-cü illərdə müxtəlif səbəblərə görə yarışdan kənarda qalmışdılar.

Əlavə edək ki, Yannik Sinner 3 aylığına cəza alıb. Dopinq cəzası müddətində o, Mayami və Monte-Karloda təşkil ediləcək “Masters”lərdə də çıxış edə bilməyəcək.

Shares: