“Mançester Yunayted”in növbəti transfer hədəfi dəqiqləşib. İngiltərə klubu “Real”ın qapıçısı Andrey Lunini heyətində görmək istəyir.
Mankunianlar 26 yaşlı qolkiper üçün 40 milyon avro ödəməyə hazırdır. Andre Onanadan razı qalmayan baş məşqçi Ruben Amorim onunla rəqabət aparacaq güclü qolkiper istəyir.
Lunin cari mövsüm bütün turnirlər nəzərə alınmaqla 9 görüşdə meydana çıxıb. Bu matçlardan 4-də o, qapısını toxunulmaz saxlayıb.
Qeyd edək ki, ukraynalı qolkiperin “Real”la müqaviləsi 2030-cu ilin yayına kimidir.