Premyer Liqada qalmaq uğrunda mübarizə aparan “Kəpəz” heyətinə yeni futbolçu qatıb. Gəncə təmsilçisi yeni mərkəz müdafiəçisi ilə anlaşıb.
Futbolinfo.az xəbər verir ki, qərblilərin yolunu gözlədiyi Keniya millisinin üzvü Conston Omorua artıq komandanın düşərgəsindədir. O, məşqlərə qoşulub və müqavilə bağlayacağı anın həsrətindədir.
26 yaşlı oyunçu tezliklə “Kəpəz”lə münasibətləri rəsmiləşdirəcək. Elita təmsilçisi bununla müdafiə xəttində rəqabəti artırmağı hədəfləyir.
Omoruanın son klubu Səudiyyə Ərəbistanı təmsilçisi “Abha” olub. O, 2019-cu ildən bəri Keniya millisinin heyətində 21 oyun keçirib.