“Yaxşı şanslarımız oldu, amma onları qola çevirə bilmədik”. Bunu futbolinfo.az saytına açıqlamasında “Kəpəz”in kapitanı Yeqor Xvalko deyib.

O, Misli Premyer Liqasının 26-cı turunda “Sumqayıt”a 0:3 hesablı məğlubiyyətdən danışıb: “İkinci hissədə rəqib qol vurdu. Biz də zəif oynadıq. Niyə belə olmasını isə bilmirəm. Turnir cədvəli baxımından vacib oyun idi. Amma sonuncu yerdə olan “Səbail” də uduzdu və hər şey olduğu kimi qaldı. Belə davam edəcəyik”.

Belaruslu futbolçu ölkəsinin yığmasının martın 25-də Azərbaycana qarşı keçirəcəyi yoldaşlıq görüşündən də danışıb: “Hesab edirəm ki, Belarus və Azərbaycan yığmaları eyni səviyyəli komandalardır. Bu komandaların heyətə yeni gələn oyunçuları sınaqdan keçirmək şansı var. Belarusda çempionat yeni başlayır. Bu baxımdan Azərbaycan millisinin oyun təcrübəsi baxımından üstünlükləri olacaq”.

Shares: