“Kristal Pelas” Oliver Qlasnerlə yeni müqavilə bağlayacaq. İngiltərə klubu baş məşqçisinin işindən razıdır.

Futbolinfo.az xəbər verir ki, 50 yaşlı avstriyalı çalışdırıcı “Kristal Pelas”ı autsayderdən möhkəm ortababa çevirib. Onun başçılığı altında komanda hətta avrokuboka vəsiqəyə ümid edir. Hazırda 11-ci pillədə qərarlaşan Qlasnerin yetirmələri 28 oyunda 39 xal toplayıb.

Xatırladaq ki, vətənində və alman klublarında işləmiş təcrübəli mütəxəssis ötən ilin fevralından İngiltərə təmsilçisinə rəhbərlik edir.

Shares: