“Liverpul” Dortmund “Borussiya”sından daha bir futbolçu transfer edəcək. İngiltərə klubu almanların üdafiəçisi Niko Şlotterbekə müştəri düşüb.
Futbolinfo.az xəbər verir ki, müqaviləsi yayda başa çatan Vircil van Deykin əvəzinə məhz 25 yaşlı oyunçunun gətirilməsi planlaşdırılır. “Borussiya” 50 milyon avro qarşılığında keçidə icazə vermək fikrindədir.
Şlotterbek 2022-ci ilin yayında 20 milyon avroya “Frayburq”u “Borussiya”ya dəyişib. Onun dortmundlularla anlaşması 2027-ci ildə bitəcək.