Çempionlar Liqasında 1/8 final mərhələsinin son oyunlarının ardından ölkələrin UEFA reytinqi yenilənib.

Futbolinfo.az xəbər verir ki, ən çox qazanc İngiltərə klublarında olub. Ada təmsilçiləri ölkənin aktivinə 0,429 xal yazdırıb. Almaniya, İspaniya və Niderland da xal qazanıb.

Avrokuboklarda təmsilçisi olmayan Azərbaycanın mövqeyi dəyişməyib. Ölkəmiz 19,625 xalla 30-cu sıradadır.

Reytinqə İngiltərə (108,767 xal) başçılıq edir.

Shares: