Azərbaycan milli komandasının martın 22-də Haiti və 25-də Belarus yığmasına qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün heyəti müəyyənləşib.
Baş məşqçi Fernandu Santuş AFFA-nın inzibati binasında təşkil edilən mətbuat konfransında komandaya çağırdığı futbolçuların adlarını açıqlayıb. Heyətdə I Liqa klubu “Qəbələ”nin oyunçusu Şahin Şahniyarov da var.
Portuqaliyalı mütəxəssis martın 17-dən təlim-məşq toplanışına başlayacaq heyətə aşağıdakı oyunçuları dəvət edib:
1. Rza Cəfərov – Neftçi
2. Şahrudin Məhəmmədəliyev – Qarabağ
3. Aydın Bayramov – Zirə
4. Amin Seydiyev – Sabah
5. Mert Çelik – Səbail
6. Bəhlul Mustafazadə – Qarabağ
7. Bədavi Hüseynov – Qarabağ
8. Rahil Məmmədov – Radomiak Radom (Polşa)
9. Zamiq Əliyev – Eqnatia (Albaniya)
10. Rəhman Daşdəmirov – Sabah
11. Elvin Cəfərquliyev – Qarabağ
12. Aleksey İsayev – Qarabağ
13. Coşqun Diniyev – Çorum (Türkiyə)
14. Elvin Camalov – Neftçi
15. Şahin Şahniyarov – Qəbələ
16. İsmayıl İbrahimli – Zirə
17. Səbuhi Abdullazadə – Sumqayıt
18. Ozan Can Kökçü – HJK (Finlandiya)
19. Toral Bayramov – Qarabağ
20. Nəriman Axundzadə – Qarabağ
21. Xəyal Əliyev – Sabah
22. Renat Dadaşov – Radomiak Radom (Polşa)
23. Ağadadaş Salyanski – Neftçi
24. Mahir Emreli – Nürnberq (Almaniya)
25. Musa Qurbanlı – Qarabağ