Azərbaycanlı beynəlxalq voleybol hakimi Eldar Zülfüqarov milli komandaların oyunlarına təyinat alıb.

Futbolinfo.az xəbər verir ki, o, mayın 30-dan iyunun 1-ə kimi Bakıda keçiriləcək qadınlar arasında Avropa Qızıl Liqasının ilk mini-turnirinin bir neçə görüşündə hakimlik edəcək.

Zülfüqarov türkiyəli həmkarı Caner Çildirlə birlikdə mayın 31-də Sloveniya – Macarıstan görüşünü idarə edəcək. Ertəsi gün isə o, serb Deyan Rogiç ilə birlikdə Azərbaycan – Sloveniya matçında çalışacaq.

Azərbaycan millisi Avroliqanın Bakı mərhələsinin açılış matçında Macarıstanla qarşılaşacaq. Görüşü idarə etmək Caner Çildir və Deyan Rogiçə həvalə olunub.

Shares: